Azərbaycan XİN Latviya səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib

11:27 7 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:23 ]

Bakı – APA. Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına, habelə Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir H. Baumanis peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan olub:

 

“O, Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR