Prezident ailəsi Məkkədə namaz qıldı (FOTO)

Prezident ailəsi Məkkədə namaz qıldı (FOTO)
12:51 7 Aprel 2015
1250 Digər
Ölkə mətbuatı
A- A+

Məkkə şəhərində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri ümrə ziyarətində olublar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət etdilər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada namaz qıldılar.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr edib.














































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR