Qarabağda “İKİNCİ CƏBHƏ”, 5 ay sonra HÜCUM PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
155 baxış·5 dəq oxu
Azərbaycan xarici işlər naziri Moskvada ATƏT-in Minsk
qrupunun həmsədrlərlə görüşüb. Dekabr ayında Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə
prezidentinin Rusiyaya növbəti səfərinin tarixi açıqlanıb. ABŞ-dan
təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı
Suriya rejimindən kimyəvi silah əldə edib. ABŞ-da Demokrat
partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə
dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib.
Bu gün Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq
Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr
aparılıb.
Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
görüşü də müzakirə edilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri
ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı
çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Həmsədrlərdən Qarabağ BƏYANATI: Vyanada... - YENİLƏNDİ
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya
prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana
qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik
mənbələr “Novosti” agentliyinə məlumat verib.
Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı
müzakirə etdiklərini qeyd ediblər.
“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar.
Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu
istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.
Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə
naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi)
Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.
Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren
Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları
Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu
məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini
tapıb.
Pentaqon şefi ilə Sarkisyanın məxfi görüşü - Gizli danışıqların DETALLARI ORTAYA ÇIXDI
2018-ci ilin aprelində prezident səlahiyyətlərini
başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq
üçün müxtəlif taktikalara əl atır. Oktyabrın 16-da
Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları
aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.
Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı GİZLİ PLAN: 5 ay sonra HÜCUMA KEÇƏCƏK
Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın
deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin
açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif
edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə
qələbə qazanmağa imkan verəcəyini hesab edir.
“Biz İskeriyada (Şimali Qafqazda - red.) üsyan qaldırmalıyıq.
Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail
olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu,
Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - deyə
Mosiyçuk vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər
edəcək. Ərdoğan Rusiya, İran və Türkiyə arasında
Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.
Qeyd edək ki, Türkiyə prezidenti noyabrın 13-də Rusiyanın Soçi
şəhərində həmkarı Vladimir Putinlə görüşüb.
ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan
PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə
edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya
ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra
edən general Zahir Sakid çıxış edib.
Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də
Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb. Razılaşma
çərçivəsində Dəməşq PKK/PYD-yə xeyli miqdarda xardal qazı verib.
Suriya ordusundan ayrılan generala görə, başlığına xardal qazı
kapsulu yerləşdirilmiş 100 mərmi hazırda terror təşkilatının
əlindədir.
Bu silahlarla ancaq Türkiyə vurula bilər – Gizli razılaşmanın ŞOK DETALLARI
ABŞ-da Demokrat partiyasından olan bir qrup
konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək
təşəbbüsü ilə çıxış edib. Bu barədə informasiyanı
“Politiko” nəşri yayıb.
Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5
nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci
maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını
bildirib.
Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms
Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi
barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam
etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla
Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər.
“Patriot” raket hücumundan müdafiə komplekslərinin
Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın
planının bir hissəsidir. Bunu Rusiyanın xarici işlər
nazirinin birinci müavini Vladimir Titov bildirib.
“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində
yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik
təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın
strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq
istiqamətdən çıxır”, - Titov deyib.
Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün
Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.
Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin
8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa
hazırdır.
Qırğızıstan prezidenti Almazbek Atambayev Avrasiya
İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı
haqqında Qazaxıstanla razılaşmanı denonsasiyası (etibarsız elan
edilməsi - red.) ilə bağlı qanun layihəsini
imzalayıb. Bu haqda dövlət başçısının mətbuat xidməti
bildirib.
Xatırladaq ki, qanun layihəsini Qırğızıstan parlamenti noyabrın
9-da qəbul etdi. Qanun layihəsi oktyabrın 20-də - Qırğızıstan
prezidentliyinə müxalifətdən olan namizəd Omurbek Babanovla
Qazaxıstan lideri Nursultan Nazarbayevin görüşü ilə iki ölkənin
arasında yaranan diplomatik qalmaqaldan sonra göndərilmişdi.
Putinin “Yeni SSRİ”sinə ZƏRBƏ – Bişkekdən gözlənilməz QƏRAR
“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci
ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas
məsələsinin qəti həlli üçün şans var”. Bu haqda
Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri
yazıb.
“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il
ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin
payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin
mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin
həmsöhbəti qeyd edib.
Torpaqlar 2019-cu ildə qaytarılacaq - Moskvanın 5 mərhələli PLANI