​Macar rejissoru Bakı haqqında sənədli film çəkib

13:07 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin Azərbaycanın paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və çevrəsini gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəlişi sayəsində tamamilə yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir. Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşaiyət olunan film boyu iki macar gənci Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını biri-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi Azərbaycana gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/macar-rejissoru-baki-haqqinda-senedli-film-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR