"Molla Nəsrəddin" jurnalının 109 illiyi ilə əlaqədar açıq qapı günü keçiriləcək

14:17 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, 1906-cı il aprelin 7-də "Molla Nəsrəddin" jurnalının ilk sayı Tiflisdə işıq üzü görüb. "Molla Nəsrəddin" jurnalı Azərbaycan dilində nəşr edilən satirik, populyar jurnal kimi ilk sayından sevilib.
"Molla Nəsrəddin"in 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. "Molla Nəsrəddin" jurnalının 25 il ərzində 748 nömrəsi çapdan çıxıb.
25 il ərzində "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstəriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/molla-nesreddin-jurnalinin-ilk-nesrinden-109-il-otur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR