Rusiyada, "Moskva-Siti" ticarət kompleksində atışma olub, xəsarət alanlar var

Rusiyada, "Moskva-Siti" ticarət kompleksində atışma olub, xəsarət alanlar var
00:42 18 Noyabr 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada, "Moskva-Siti" ticarət kompleksində atışma olub.
"Report"un məlumatına görə, bu barədə "Moskva" şəhər agentliyi Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, kompleks ərazisində naməlum şəxslərlə müəssisənin mühafizə xidmətinin əməkdaşları arasında məişət zəminində münaqişə olub. İlkin məlumata görə, hadisə zamanı 6 nəfər xəsarət alıb.
Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib. Daha iki nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-moskva-siti-ticaret-kompleksinde-atisma-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR