Bu ilin əvvəlində Göyçayda buğda əkininə görə 1737 fermer dövlət yardımından bəhrələnib

Bu ilin əvvəlində Göyçayda buğda əkininə görə 1737 fermer dövlət yardımından bəhrələnib
14:53 7 Aprel 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 7 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı və Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı Göyçayda uğurla icra olunur.
Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı yaradılan xüsusi komissiya cari ilin əvvəlində 1737 fermerə 4706 hektar sahədə buğda əkininə görə 188.2 min manat yardım verilməsi ilə bağlı qərar qəbul edib. Həmin vəsait bu günlərdə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb.
Qeyd edək ki, Göyçayda kənd təsərrüfatının mühüm bir hissəsini taxılçılıq təşkil edir. Cari ildə rayonda 13 min 756 hektar sahədə taxıl əkilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_ilin_evvelinde_Goychayda_bugda_ekinine_gore_1737_fermer_dovlet_yardimindan_behrelenib-844216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR