Ərdoğan NATO-ya etibarlılığın suallar doğurduğunu bildirib

Ərdoğan NATO-ya etibarlılığın suallar doğurduğunu bildirib
06:12 19 Noyabr 2017
149 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/  "NATO özünün raketdən müdafiə sistemini Türkiyəyə verməyə imtina edəndən sonra bu qruma etibar ciddi suallar doğurmağa başladı". 
"Report" xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "NATO-ya etibar məsələsi ümumilikdə bütün alyansda sualar doğurur", - deyə Ərdoğan bildirib və əlavə edib ki, Ankara özünün havadan müdafiə sistemini gücləndirmək üçün Rusiyadan S-400 komplekslərini almaq üçün danışaqlara başlayan kimi NATO-nun aparıcı ölkələri Türkiyəni tənqid atəşinə tutdular.
2012-ci ilin sonunda Ankara raket zərbələrindən qorunmaq üçün öz ərazilərini havadan müdafiə kompeksləri ilə təchiz etməsi üçün NATO-ya müraciət etdi. 2013-cü ilin əvvəllərində Türkiyənin cənub-şərqində yerləşən üç rayonda, Suriya sərhədindən 70-100 km aralıda Almaniya, ABŞ və Niderlanda məxsus "Patriot" kompleksləri yerləşdirildi.   
Lakin, 2015-ci ilin avqustunda Almaniya bundesveri Türkiyənin cənubunda missiyasının sona yetdiyini açıqlayaraq "Patriot" komplekslərini oradan çıxardı. Bir ay sonra eyni addımı ABŞ atdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-nato-ya-etibarliligin-suallar-dogurdugunu-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR