20 il həbsdən sonra yenidən həbsdə - EKSKLÜZİV

20 il həbsdən sonra yenidən həbsdə - EKSKLÜZİV
15:54 7 Aprel 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

20 ilə yaxın həbsxana həyatı yaşayan Tərtər rayon sakini 48 yaşlı Zakir Verdiyev Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yenidən saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, ümumilikdə 7 mənzil qarətində təqsirləndirilən Verdiyev  oğurluqları damdan evə keçməklə həyata keçirdiyini bildirib. 

 

Nizami rayonunda saxlanılan şəxs Xətai rayonunda da oğurluq törədib. Sonuncu oğurluq epizodunu martın 6-da saat 20:30 radələrində İnarə Orucovaya məxsus mənzilə damdan kəndirlə girməklə törədib. O, zərərçəkmiş İnarə Orucovaya məxsus dəyəri 3000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqla maddi ziyan vurub. Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Zakir Verdiyevin yeri müəyyən olunaraq  həbs edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR