Bakının yol polisi bu mənzərəni görmür, yoxsa görmək istəmir? - VİDEO

Bakının yol polisi bu mənzərəni görmür, yoxsa görmək istəmir? - VİDEO
15:57 7 Aprel 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda sürücü mədəniyyətsizliyi insanların qəzəbinə səbəb olub. Piyadalar üçün yolda çəkilmiş “zebra” xətlərinə heç bir sürücü məhəl qoymur
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində piyada zolağında dayanan piyada dəqiqələrlə yolu keçmək üçün gözləməli olur. Heç bir sürücü onlara yol vermir və yüksək sürətlə ötüb keçir. Hər gün eyni problemlə üzləşən sakinlər acınacaqlı mənzərəni telefona çəkib Milli.Az-a göndəriblər.

Sakinlər deyirlər ki, maşınlar o qədər sürətlə hərəkət edir ki, piyada zolağında saxlayan avtomobili arxadan gələn başqa maşın vuraraq qəza da törədir. Ərazidə xidmət aparan yol polisi isə yaxınlıqdakı dairədə dayanaraq özlərinə sərfəli qayda pozuntularını görüb cərimələsələr də, piyadaların həyatı bahasına başa gələcək qayda polzuntularını "görmürlər".

Bakı Siqnal İdarəsindən Milli.Az-a bildirildi ki, problem həll olunacaq.

Gülər
Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR