​Heydər Əliyev prospektində aparılan təmir işlərinin səbəbi açıqlanıb

​Heydər Əliyev prospektində aparılan təmir işlərinin səbəbi açıqlanıb
15:12 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Bakı şəhəri Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkizinin qarşısına qədər olan hissəsində təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdır. Bunu "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.
Məlumata görə, vaxtilə prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda ay ərzində həmin ərazidən 1 mln.-dan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq, asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac yaranıb.
Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır. Artıq 5 km-lik hissənin 1 800 metr hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfiqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir. İşlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/heyder-eliyev-prospektinde-aparilan-temir-islerinin-sebebi-aciqlanib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR