Müdafiə Nazirliyindən növbəti BƏYANAT

Müdafiə Nazirliyindən növbəti BƏYANAT
16:14 7 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub”. Lent.az-ın məlumatına görə, bu sözlər Müdafiə Nazirliyinin yaydığı son bəyanatda qeyd edilib. Bəyanatda deyilir: “Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyildir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR