Ağstafada ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə keçirilən açıq dərslər davam edir

Ağstafada ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə keçirilən açıq dərslər davam edir
16:58 7 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 7 aprel, AZƏRTAC
Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun orta məktəblərinin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçirilən açıq dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 7-də keçirilən növbəti açıq dərsdə Kolxəlifəli, Pirili kənd və Poylu qəsəbə tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.
Tarix müəllimi Dilavər Qurbanov tərəfindən keçirilən dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib.
Bundan əlavə, şagirdlər Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıb, böyük şəxsiyyət haqqında yazılan kitablardan ibarət guşə ilə də tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_ulu_onder_Heyder_Aliyev_irsinin_oyrenilmesi_meqsedile_kechirilen_achiq_dersler_davam_edir-844280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR