Ermənilər üçün Kardaşyan Qarabağdan irəlidir

Ermənilər üçün Kardaşyan Qarabağdan irəlidir
17:06 7 Aprel 2015
315 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın ikinci şəhəri Gümrünün sakinləri porno ulduz Kim Kardaşyanın bu şəhərə gəlişini böyük həvəslə gözləyirlər.

ANS PRESS-in məlumatına görə, porno ulduzun Ermənistana bu həftə gözlənilən səfəri yerli mətbuatda hətta Qarabağ məsələsindən də çox müzakirə edilir. Kim, Xloye və Kortni bacıları düz bir həftə Ermənistanda qalıb “Keeping up with Kardashians” realiti-şousunun çəkilişində iştirak edəcəklər.

Erməni milli arxivinin direktoru Amatuni Virabyan da gözləyir. O, porno ulduza ailələrinin mənşəyi barədə danışmaq istəyir. Virabyanın sözlərinə görə, Kardaşyan ailəsi mənşəcə Qarsın Qaraqala kəndindədir və 1918-ci ildən sonra bir hissəsi Gümrüyə, bir hissəsi isə Amerikaya gedib.

Amma Virabyanın sözlərindən belə çıxır ki, Kardaşyan ailəsi mənşəjə erməni deyil. Çünki protestant xristian olan bu aliəni ermənilər molokan sayır. Amma buna baxmayaraq, Gümrü sakinləri onu səbirsizliklə gözləyir. Ümid edirlər ki, porno ulduz onların həyatını yüngülləşdirməyə şərait yaradacaq. 1988-ci ildə zəlzələnin dağıtdığı bu şəhər Ermənistanın müstəqilliyi dövründə xarabazarlığa çevrilib, yoxsul və işsiz əhali şəhəri tərk etməyə başlayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR