Dünyanın ən isti məkanlarından birində unikal hadisə qeydə alınıb. Qaynar lavalı, od püsrükən vulkanın kraterində təbəssüm görünüb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Efiopiyanın Afar bölgəsindəki Danakil vadisində baş verib.
Danakil vadisində havanın orte temperaturu +60 dərəcədir.
İngiltərənin Lankaşir qraflığındakı Ormskrik şəhərinin sakini, 25 yaşlı fotoqraf Kristofer Horsli bu vadidə ekspediyada olanda kraterdəki lavada yaranmış iki gözü və ağıcı görüb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin