"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
"Qazma işləri üçün bu il SOCAR-a 100 mln. manat ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.
Bundan başqa, S.Şərifov birldirib ki, növbəti ildə 4 regionda məişət tullantılarının idarə edilməsi layihəsinin həyata keçirilməsinə başlanacaq. Eyni zamanda, Bakı şəhərinin də 2 rayonunda tullantı idarəetmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.