Rusiya dolların bahalaşmasından narahat deyil

Rusiya dolların bahalaşmasından narahat deyil
20:32 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) neft qiymətlərinin artması fonunda ABŞ dollarının bahalaşmasında risk görmədiyini bildirib.
"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Bankının rəhbəri Elvira Nabiullina verib.
Nabiullina bildirib ki, ölkədə dolların bahalaşması dünyanın inkişaf etməkdə olan əksər ölkələrinin valyutalarına nəzərən dolların möhkəmlənməsi fonunda baş verir: "İnkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə dolların möhkəmlənməsi Rusiyada da baş verə bilər və bunun təsiri cüzi olacaq. Bu təsir neft qiymətlərinin Rusiyada dolların məzənnəsinə təsiri ilə müqayisədə passiv xarakter daşıyacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-dollarin-bahalasmasindan-narahat-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR