Daha bir alman qəzetində Xocalı faciəsi ilə bağlı məqalə dərc edilib

Daha bir alman qəzetində Xocalı faciəsi ilə bağlı məqalə dərc edilib
18:18 7 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 7 aprel, AZƏRTAC
Almaniyanın Saksoniya-Anhalt federal torpağında yerləşən Tanqerhütte şəhərinin yerli qəzeti “Altmark-Zeitung”da Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib.
Tanqerhütte şəhərində yaşayan soydaşımız, Saksoniya-Anhalt Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnits məqalədə ermənilərin keçmiş sovet silahlı qüvvələrinin köməyi ilə Xocalıda törətdikləri vəhşiliklər, yaxın dostunun öz toyunda necə qətlə yetirilməsi barədə məlumat verir. Bildirilir ki, bu faciə nəticəsində Xocalıda qadınlar, uşaqlar, qocalar daxil olmaqla 613 nəfər qətlə yetirilib, şəhər tamamilə dağıdılıb. Diqqətə çatdırılır ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il Almaniyanın müxtəlif şəhərlərində yad edilir.
Məqalədə xarici ölkələrin kütləvi informasiya vasitələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməsinin vacibliyini qeyd edir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daha_bir_alman_qezetinde_Xocali_faciesi_ile_bagli_meqale_derc_edilib-844321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR