“Nikoil Bank”ın sədri: “Accessbank”ı alacağımızla bağlı deyilənlər şaiyədir”
Paylaş
79 baxış·1 dəq oxu
Bakı. 23 noyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin İdarə Heyətinin sədri Nikolaz Şurqaia rəhbərlik etdiyi Bankın “Accessbank” QSC-ni alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, “Report”a açıqlamasında bunun şaiyə olduğunu bildirib. “Accessbank”ı alacağımızla bağlı deyilənlər şaiyədir və mən bunu şərh etmək istəmirəm”, - deyə o, qeyd edib.