O, 346 nömrəli “Toyota” markalı avtomobili idarə edəcək. Portuqaliyalının komanda yoldaşı həmyerlisi Ruben Faria olacaq.
Qeyd edək ki, Andre Villaş-Boaş karyerası ərzində Portuqaliyanın "Portu", Rusiyanın "Zenit", İngiltərənin "Çelsi" və "Tottenhem" komandalarının baş məşqçisi olub. “Dakar-2018” 6 – 20 yanvarda keçiriləcək. Yarışın marşrutu Peru, Bolivya və Argentinanı əhatə edəcək.