"Qremio" Libertadores Kubokunun ilk final matçında "Lanus"a qalib gəlib

"Qremio" Libertadores Kubokunun ilk final matçında "Lanus"a qalib gəlib
20:07 23 Noyabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Libertadores Kubokunun ilk final matçı keçirilib. 
“Report” xəbər verir Argentinanın “Lanus” komandasını qəbul edən Braziliya təmsilçisi “Qremio” rəqibini üstələyib.
Portu-Aleqridə baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qremio”ya qələbə gətirən qola 83-cü dəqiqədə Sisero imza atıb. Bu kollektivlər arasında cavab qarşılaşması noyabrın 30-da Lanusda keçiriləcək.
Qeyd edək ki, Libertadores Kuboku Cənubi Amerika Futbol Konfederasiyasının bayrağı altında təşkil olunur. Turnirin ən titullu komandası hesabında 7 çempionluq olan Argentina “İndependyente”sidir. Yarışın qalibi FİFA-nın keçirəcəyi klublararası dünya çempionatına vəsiqə qazanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qremio-libertadores-kubokunun-ilk-final-matcinda-lanus-a-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR