ABŞ nəhayət ki, Myanmadakı hadisələrə düzgün qiymət verdi -

ABŞ-ın Dövlət katibi Reks Tillerson Myanmada müsəlmanlara qarşı zorakılığı ilk dəfə olaraq, etnik təmizləmə adlandırıb.

Metbuat.az-ın məlumatına görə, Myanma səfərinin yekunlarıyla bağlı açıqlama verən diplomat bildirib ki, Arakan müsəlmanlarının kütləvi qətlinə görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Dövlət katibi avqustun 25-də Myanma ordusuna qarşı hücumu da qəti şəkildə pisləyib. Lakin eyni zamanda bildirib ki, heç bir təxribat dinc əhaliyə qarşı zorakılığa əsas vermir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR