"Çelsi"nin sabiq məşqçisi "Dakar" rallisində iştirak edəcək

"Çelsi"nin sabiq məşqçisi "Dakar" rallisində iştirak edəcək
07:42 24 Noyabr 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Çinin "Şahxay Şanqan" futbol komandasının baş məşqçisi Andre Villaş-Boaş 2018-ci il "Dakar" rallisində iştirak edəcək.

Milli,Az report-a istinadən xəbər verir ki, 40 yaşlı portuqaliyalı mütəxəssis "Overdrayv" komandasının heyətində yer alacaq.

O, 346 nömrəli "Toyota" markalı avtomobili idarə edəcək. Portuqaliyalının komanda yoldaşı həmyerlisi Ruben Faria olacaq.

Qeyd edək ki, Andre Villaş-Boaş karyerası ərzində Portuqaliyanın "Portu", Rusiyanın "Zenit", İngiltərənin "Çelsi" və "Tottenhem" komandalarının baş məşqçisi olub. "Dakar-2018" 6 - 20 yanvarda keçiriləcək. Yarışın marşrutu Peru, Bolivya və Argentinanı əhatə edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/602002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR