Netanyahudan İrana sərt təhdid

Netanyahudan İrana sərt təhdid
08:14 24 Noyabr 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Netanyahu: İsrail öz sərhədləri yaxınlığında İranın hərbi mövcudluğuna yol verməyəcək

 

İsrail öz sərhədləri yaxınlığında, o cümlədən, Suriya ərazisində İranın hərbi mövcudluğuna dözməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

 

“Biz İranın nüvə silahına malik ola bilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmişik və  sərhədlərimiz yaxınlığında, həmçinin Suriyada, yaxud başqa ərazidə İranın hərbi mövcudluğuna yol verməyəcəyik. Nəsillərimiz zəhməti ilə biz heç nədən hər şey yaratdıq və bu hər şeyi yox etmək mümkün olmayacaq”, - deyə Binyamin Netanyahu ölkənin birinci baş naziri David Ben Qurionun xatirə mərasimində  bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR