Səhərlər acqarına bir qaşıq için

Səhərləri acqarına bir qaşıq zeytun yağı için, faydalarına inanmayacaqsınız.

Metbuat.az xəbər verir ki, zeytun yağı yoğun bağırsaqdakı hüceyrələri qoruyaraq xərçəngin qarşısını alır. Qəbizliyə faydalıdır.

Qaraciyərin daxili orqanizmi təmizləyən orqandır. Bəzən qaraciyərin özünün də təmizlənməyə ehtiyacı olur. Bunun üçün 2 yemək qaşığı zeytun yağını limon suyu ilə qarışdırıb içə bilərsiniz.

Zeytun yağında bol miqdarda yağ turşusu var. Yağ turşuları toxluq hissi verdiyindən çəki atmağınıza kömək edəcək.

Zeytun yağı immunitet sistemini gücləndirir, xəstəliklərdən qoruyur.

Araşdırmalara görə, zeytun yağı xolestrolu və qandakı qlükoza səviyyəsini aşağı salır. Həm şəkərli diabet, həm də ürək-damar xəstələri üçün faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Pis ayaq qoxusunun qarşısını alan - Sadə üsul


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR