Hitlerin çəkdiyi bu şəkil 12 manata satıldı

Niderland sakini təsadüf nəticəsində Adolf Hitler tərəfindən çəkilən akvareli alıb.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, "Köhnə ratuşa" adlı rəsm bazarda cəmi 75 sentə (təqribən 12 manata) satılıb. Alıcı rəsmi aldıqdan sonra onun Hitlərə aid olduğunu öyrənib.

Onun qızı bu cür spesifik sənət əsərini evdə saxlamaq istəməyib və onu hərracda satmağa cəhd göstərib, lakin bu cəhd uğursuz olub - hərrac evləri rəsmi hərraca çıxarmaqdan imtına ediblər.

Nəticədə akvarel Hərbi sənədlər institutuna verilib. Bir neçə ay davam edən araşdırmalar nəticəsində müəyyən olunub ki, rəsm həqiqətən Adolf Hitler tərəfində çəkilib.

Sərdar Məmmədov / Metbuat.az

İnsana bənzəyən balıq növü tapıldı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR