Qazaxda yük maşını atlını vurub, atlı ölüb, sürücü isə hadisə yerindən qaçıb

19:07 9 Yanvar 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 19:06 ]

Qazax. Azər Məmmədli - APA. Bakı-Qazax-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə magistral yolun 474-cü km-də, Qazax rayonu Qarapapaq kəndi ərazisində baş verib.

 

Yük maşını Ağstafa rayon Dağkəsəmən kənd sakini, 54 yaşlı Yusifov Yunis Vəkil oğlunu Qazax rayonu ərazisindəki bulaqdan atla su apararkən vurub. Y. Yusifov hadisə yerində ölüb, atın isə ayaqları sınıb. Hadisəni törədən sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR