Azərbaycanda 5G texnologiyası nə zaman olacaq?

Azərbaycanın telekommunikasiya bazarı 5G beşinci nəsil mobil rabitə standartına keçməyə hazırdır.

Metbuat.az-ın məlumatına görə, bunu Çinin ən iri telekommunikasiya avadanlığı istehsalçısı ZTE şirkətinin vitse-prezidenti Yanq Cun deyib.

Onun sözlərinə görə, ZTE-nin növbəti 5-10 il ərzində başlıca istiqaməti 5G texnologiyanın inkişafına yönəldiləcək:

"Bu texnologiya geniş əhatə spektrinə malikdir. Biz Azərbaycanda operatorların 5G-nin tətbiqinə hazır olub-olmadığının hələ deyə bilmərik, amma istisna olunmur ki, bazarda bu texnologiyanın tətbiq olunacağı müəyyən sektorlar mövcuddur"./Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR