Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Harri amerikalı aktrisa Meqan Marklla nişanlanıb. Dumanlı Albionda taxt-tacın varisləri siyahısında 5-ci olan şahzadənin evlənmək niyyətini Bukinhem Sarayı rəsmən təsdiqləyib.
Milli.Az The Guardian-a istinadən bildirir ki, toy 2018-ci ilin baharında olacaq. Toydan sonra şahzadə Harriyə Sasseks hersoqu, xanımına isə Sasseks hersoginyası titulları veriləcək.

Beləliklə, Britaniya tarixində ikinci dəvə amerikalı boşanmış qadın kral ailəsinin üzvü olacaq. 1936-cı ildə kral 8-ci Edvard sevgilisi Uollis Simpsonla evlənmişdi. Bu nikah çox uğursuz olmuşdu. Boşanmış qadınla şahzadənin evlənməsindən yaralanan Britaniya hökuməti Almaniyanın daxili işlərinə qarışmamaq gərəkdiyini deyən kralı taxt-tacdan imtinaya vadar etmişdi.
İkinci Dünya Müharibəsi başa çatanədək kral sürgünə göndərilmiş, Baham adalarının general-qubernatoru olmuşdu. Müharibədən sonra ona və xanımına, yəni Vindhor hersoqu ilə hersoginyasına Avropaya qayıtmağa icazə verilmişdi.
Bir şərtlə ki, onlar Britaniyaya ayaq basa bilməzdilər.
Britaniya kraliçası 2-ci Yelizavetanın da nəvəsinin amerikalı aktrisa ilə evlənmək niyyətini bəyəndiyi vurğulanır.
Bu səbəbdən də Meqan Marklla evlənəndən sonra şahzadə Harri varislər siyahısında yerini itirməyəcək. Harri ilə Meqanın, yəni Sasseks hersoqu ilə hersoginyasının övladları olarsa, onlar şahzadə sayılacaqlar.
Meqan Marklın 36, şahzadə Harrinin 33 yaşı var. Buna rəğmən, kraliça ilə bahəm, şahzadə Harrinin atası şahzadə Çarlz da olayı təqdir edib.
"Oğlumun sevdiyi insanı tapması və onunla evlənməyə hazırlaşması məni sevindirir", - şahzadə Çarlz deyib.
Dünən şahzadə Çarlz ilə aktrisa Meqan Markl Britaniyanın milli televiziyası ilə çıxış edərək 16 aylıq eşq macəralarından bəhs ediblər.
Şahzadə ilə ameprikalı aktrisa Londonun Soho səmtində tanış olmuşdular. Marklın dediyinə görə, Uimbldon turnirində çıxış edən amerikalı tennisçi Serena Uilyamsı dəstəkləmək üçün Londona yollanmışdı.
36 yaşlı amerikalı aktrisa Meqan Marklın atası məşhur operator, "Emmy" mükafatının laueratıdır. 2002-ci ildə o, "General Hospital" serialında çəkilib. Amma aktrisa "Suits" serialındakı "Reyçel Zeyn" rolu sayəsində populyarlaşıb.
33 yaşlı şahzadə Harri onu "Suits" serialında görəndə vurulub.

Serialın müəllifi Keti Niçols deyib: "Harrinin rəfiqələrindən biri mənə dedi ki, ondan kimi ideal qadın saydığını soruşanda "O, "Suits"dəki Meqan Markldır" söyləyib".
"World Vision Global" xeyriyyə təşkilatının üzvü olan M.Markl həm də "The Tig" adlı bloqun müəllifidir.
O, 2011-2013-cü illərdə prodüser və aktyor Trevor Encelsonla nikahda olub.

1981-ci ilin avqustun 4-də ABŞ-ın Los-Anceles şəhərində doğulmuş Meqan Marklın anası qaradərilidir. Son illər aktrisa Kanadanın Toronto şəhərində yaşayır və "Suits" serialında vəkil Reyçel Zeyn rolunda çəkilir.
Maraqlı nüanslardan biri də şahzadə Harri ilə Meqan Marklın uzaq qohum olmalarıdır.
Marklın əcdadlarından biri 15-ci əsrdə Darem qraflığının şerifi olmuş Ralf Bouzdur. Bouzun nəvəsi ərə gedəndən sonra Hassi soyadını daşıyıb. Onun nəvəsi Kristofer Hassi Amerikaya yollanıb və Nantakent şəhərinin əsasını qoyub.

Meqan Marklın atası K.Hassinin birbaşa nəticəsidir. Bouzun nəvəsi İngiltərədə qalıb və parlament üzvü olub. Onun qızı 1767-ci ildə Stratmor və Kinqhorn qrafı Con Layona ərə gedib. 5 nəsil sonra Elizabet Bouz-Layon kral 6-cı Georqun xanımı olub. Onun böyük qızı, kraliça 2-ci Yelizaveta Britaniyanı idarə edir və nəvəsi də şahzadə Çarlzdır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:



Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin