Britaniya şahzadəsi Harrinin və amerikalı aktrisa Meqan Marklın toyu may ayına təyin olunub. Bu barədə Kensinqton sarayından məlumat verilib.
Metbuat.az xəbər verir ki, toy mərasimi Vindzor qəsrində keçiriləcək. Təntənəli qəbul da daxil olmaqla, toyun bütün xərclərini Kral ailəsi ödəyəcək. Nişanlı qız Britaniya vətəndaşlığını qəbul etmək niyyətindədir.
Xatırladaq ki, 36 yaşlı Meqan Markl “Fors-majorlar” serialında Reyçl Zeyn rolu ilə məşhurdur. O, 2011-ci ildə rejissor Trevor Engelsona ərə gedib, 2013-cü ildə isə boşanıb.