Fransada bir neçə nəfəri girov götürən şəxs Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürüb

Fransada bir neçə nəfəri girov götürən şəxs Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürüb
19:22 9 Yanvar 2015
281 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 19:20 ]

Баку – АПА. Fransada bir neçə nəfəri girov götürən şəxs yanvarın 7-də “Charlie Hebdo” jurnalına silahlı hücumda şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürüb.

APA-nın xəbərinə görə, bu barədə RTL radiosu məlumat yayıb.

 

Qeyd edək ki, silahlı şəxs yanvarın 9-da gündüz Parisin 20-ci dairəsində mağazada ən azı 5 nəfəri girov götürüb. Atışma zamanı iki nəfər həlak olub. Bu informasiyanı “BBC News”-a polisdən təsdiqləyiblər.

 

Polisin məlumatına görə, vətəndaşları girov götürən şəxs 32 yaşlı Ahmedi Kulibalidir. Polis A. Kulibalinin yanvarın 8-də Paris yaxınlığında yerləşən Monruj şəhərində polis qadının öldürülməsində əli olduğunu da açıqlayıb.

 

“O, Kuaşi qardaşlarının daxil olduğu İslam qruplaşmasının üzvüdür”, - deyə polisdən bildirilib.

 

Kuaşi qardaşları isə hazırda Paris yaxınlığında polis tərəfindən mühasirəyə alınıblar. Onların da əllərində girovlar olduğu bildirilir.  

 

Xatırladaq ki, “Charlie Hebdo” satirik jurnalına edilən silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

 

Silahlılar hücum zamanı “Allahu Əkbər” və “Biz peyğəmbərə görə qisas aldıq” ifadələri işlədiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR