Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarının Azərbaycana səfəri başlayıb

10:52 8 Aprel 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 10:47 ]

Bakı. Ülkər Bəkirli - APA. Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycanda səfərdədir.

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, aprelin 7-si axşam saatlarında Bakıya gələn diplomatın səfəri aprelin 9-dək davam edəcək.

 

Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.

 

Xatırladaq ki, bu, Yohannes Hanın Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR