"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Rizvan Cavad oğlu Əliyev qardaşı tərəfindən döyülərək xəstəxanalıq olub. Xəsarət alanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatlara görə, davaya səbəb hər iki qardaşın həyat yoldaşları olub. Belə ki, onlar arasında yaranan mübahisə qardaşlar arasında davaya çevrilib. Mübahisə edən qadınları aralamaq istəyən qardaşlar daha sonra özləri əlbəyaxa olublar.
Faktla bağlı araşdırma aparılır.