Aşıq Əli Tapdıqoğlu ali təhsil almaq üçün xaricə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Orta Asiyada bakalavr oxuyan sənətçi "Günə son" verilişinə açıqlamasında deyib ki, magistraturaya daxil olmağı da düşünür:

"Söz verirəm ki, magistraturanı Azərbaycanda oxuyacam. Sənət sahəsində təhsil almaq yaxşıdır. Xalq çalğı alətləri fakültəsini oxuyuram".

Aşıq "Niyə xaricə getdiniz? Azərbaycanda sizə bu dərsi verəcək adamlar yoxdur" sualına cavab verə bilməyib. Ona aşıq Samirə Əliyeva kömək olub.

Samirə Əlinin yerinə "Dəbdir də xaricdə oxumaq. Desin ki, mən xaricdə oxuyuram" cavabını verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində