Bərdəli gənclər hərbi xidmətə yollanıblar

Bərdəli gənclər hərbi xidmətə yollanıblar
11:58 8 Aprel 2015
321 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 8 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının 2015-ci il aprelin 1-dən həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən, Bərdə rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində keçirilən təntənəli mərasimdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak edib.
Mərasimdə çıxış edən Xidmətin Bərdə rayon şöbəsinin rəisi, polkovnik-leytenant Mətləb Murquzov, rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik edərək, sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyiblər.
Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqların düşmən tapdağından azad etmək olduğunu bildiriblər.
Mərasimdə rayon mədəniyyət evinin “Qarabağ” xalq çalğı alətləri ansamblının hazırladıqları kompozisiya və konsert proqramı nümayiş olunub.
Gənclər Dövlət bayrağımıza ehtiramlarını bildirərək, musiqi sədaları altında həqiqi hərbi xidmətə yola salınıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdeli_gencler_herbi_xidmete_yollaniblar-844485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR