Fransada aviadispetçerlərin 48 saatlıq tətili başlayıb

12:37 8 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 12:32 ]

Bakı – APA. Fransada aviadispetçerlər 48 saatlıq tətilə başlayıblar.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, aviadispetçerlər pensiya yaşının artırılmasına və əmək şərtlərinə qarşı etiraz edirlər.

 

Ölkənin ən böyük həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya aviauçuşların qrafikinə ciddi təsir edə bilər. Fransa Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərdən bu günlərdə beynəlxalq reyslərin yarısını təxirə salmağı xahiş edib.

 

Aprelin sonunadək aviadispetçerlərin həmkarlar ittifaqı daha 7 gün tətil etmək fikrindədir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR