Göyçayda Qaz İstismar İdarəsinə məxsus borunu oğurlayan şəxslər tutulub

13:02 8 Aprel 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 12:57 ]


Bakı. Fuad Cəfərov – APA. Göyçay rayonunda Qaz İstismar İdarəsinə məxsus borunu oğurlayan şəxslər saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddətdə Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanıb.

 

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılıblar


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR