Dollar niyə bahalaşdı? - RƏSMİ AÇIQLAMA

Dollar niyə bahalaşdı? - RƏSMİ AÇIQLAMA
13:12 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür.

Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər.

Bunu "manatın ucuzlaşmasına hansı faktorlar təsir edir?" sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.

Məlumatda qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur: "Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olmuşdur. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meylləri nəzərə alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR