Fransada Kuaşi qardaşlarının tutulması üçün əməliyyata başlanılıb

20:37 9 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 20:25 ]

Bakı-APA. Fransa xüsusi xidmət orqanları Səid və Şərif Kuaşi qardaşlarının tutulması üçün əməliyyata başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Dammarten şəhərində mətbəədə gizlənən qardaşların əllərində girovun olduğu bildirilir. 

 

Şahidlərin sözlərinə görə, hadisə yerində polis heliktoptreləri içur, partlayış səsləri eşidilir.

 

Xatırladaq ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına  hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR