Kaliforniyada meşə yanğınları -

ABŞ-ın Kaliforniya ştatının cənubunda güclü meşə yanğınları 150 min tikilini məhv edib. Ştatın Ventura dairəsinin yanğınsöndürmə xidməti 8 min evdən təxminən 30 min sakinin təxliyə olunduğunu bildirib.

Metbuat.az xəbər verir ki, “Tomas” adı verilən yanğın 12,5 min hektar sahəni əhatə edib. Alovla mübarizədə iştirak edən yanğınsöndürmə xidməti əməkdaşlarından biri xəsarət alıb.

Elektrik təchizatı ilə məşğul olan “Southern California Edison” kompaniyası regionda 260 mindən çox istifadəçinin, Santa-Barbara dairəsində isə 83 min sakinin elektriksiz qaldığını qeyd edib.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınlarına tez-tez təsadüf olunur. Bu ilin oktyabrında baş verən yanğınlar 40 nəfərin ölümü ilə nəticələnmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR