"Süper Baba", "Yaprak Dökümü" və "Umutsuz Ev Kadınları" kimi seriallarda çəkilən aktrisa Bennu Yıldırımlar İnstaqram hesabında uşaqlıq fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 48 yaşlı aktrisanının şəklini görənlər çox təəccübləniblər.

İzləyiciləri Bennunun fotosunun altına "İllər keçsə də, heç dəyişməmisən" kimi şərhlər yazıblar.

Milli.Az