Parisdə həyəcan: turistlər şəhəri tərk edir

Parisdə həyəcan: turistlər şəhəri tərk edir
21:42 9 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada ard-arda baş verən terror hadisələri Paris küçələrinin boşalmasına səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Şarli Hebdo" jurnalının redaksiyasına hücumla başlayan terakt bu gün də davam edib. İlə 33 milyon turisti qarşılayan Paris küçələri boşalıb.

Eyfel qülləsi ətrafında baş verən atışmalar da şəhərin iqtisadi durumuna xeyli təsir göstərib. Hətta gün ərzində tamamilə dolu olan Eyfel qülləsinə axın dayanıb.

Paris mediası və polis turistlərin şəhəri tərk etməmələri üçün məlumatları həssaslıqla dərc edirlər.

Fransa Mətbuat Şurası da mediaya müraciətində verilən xəbərlərdə həssas davranmağı məsləhət görüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR