Bu gün Bakı şəhərinin, Binəqədi rayonunda 1 nəfər intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşla söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.

Əməliyyat başa çatıb.