Moldovada “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq

Moldovada “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq
19:22 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Kişinyov. 11 dekabr. REPORT.AZ/ "2018-ci ildə Moldovanın paytaxtı Kişineu “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı keçiriləcək". 
Bunu “Report”un Şərqi Avropa bürosuna Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov deyib.
Sədr 2017-ci ili Azərbaycan diasporu üçün uğurlu hesab edir: “2017-ci ildə bir çox layihələr həyata keçirdik, onlar tarixə düşəcək layihələrdir. Bunlardan qeyd edə bilərm ki, Moldovanın Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostluğunu təcəssüm etdirən "Dostluq qapısı” abidəsinin təntənəli açılışını etdik, Elçin Əfəndiyev və Çingiz Abdullayevin kitablarını rumın dilinə tərcümə etmişik, “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyası da tərcümə olunub".

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/moldovada-muasir-azerbaycan-edebiyyati-antologiyasinin-teqdimati-olacaq1112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR