"Brexit" Böyük Britaniyaya neçəyə başa gələcək?

"Brexit" Böyük Britaniyaya neçəyə başa gələcək?
21:04 11 Dekabr 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün quruma 35-39 milyard funt sterlinq ödəyəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

 

“Ödəniş məbləği artıq müəyyən edilib. Hesablamalara görə, söhbət 35-39 milyard funt sterlinqdən gedir”, deyə T.Mey qeyd edib.

 

Eyni zamanda Mey bildirib ki, ödənişlə  bağlı məsələlər Avropa İttifaqı ilə geniş müzakirə çərçivəsində müzakirə ediləcək

 

Qeyd edək ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla (Brexit) bağlı referendum keçirilib. Bu il martın 29-da Böyük Britaniya rəsmən ölkənin Avropa İttifaqından çıxma prosesinə başlayıb. Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Böyük Britaniya 2 il müddətində, 29 mart 2019-cu ilə qədər Avropa İttifaqını tərk etməlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR