Londona uçan təyyarə Bakıda qəza enişi etdi

Londona uçan təyyarə Bakıda qəza enişi etdi
21:54 11 Dekabr 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

 

Bu barədə “APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.

 

Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.

 

Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR