Ərdoğan və Putin açıqladı -

Gələn həftə Türkiyə və Rusiya s-400 hava hücumundan müdafiə sistemlərinə dair danışıqları yekunlaşdıracaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada təşkil olunan birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, demək olar ki, tərəflər bütün detalları razılaşdırıb.

Kreml rəhbəri də bunu təsdiq edib.Bu məlumat qərb mediasında son dəqiqə xəbəri kimi verilib.

Qeyd edək ki, başda ABŞ olmaqla qərb ölkələri NATO üzvü olan Türkiyənin Rusiyadan raket qurğuları almasına qarşı çıxır.

Sübhan/METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR