Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb
03:57 12 Dekabr 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakının Nizami rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.
"Report" xəbər verir ki, Qara Qarayev prospekti, 26 ünvanında 5 nəfər arasında əlbəyaxa dava olub.
Nəticədə 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Tural Hacıməmməd oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Qurbanovun vəziyyəti ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kutlevi-dava-zamani-iki-nefer-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR