"Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb

"Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb
05:57 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ "Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb.
“Report” xəbər verir ki, bu barədə Amerika şirkətinin bəyanatına istinadən "The Verge" nəşri məlumat yayıb.
"Biz "Shazam" və onun istedadlı komandasının "Apple"yə qoşulmasından çox həyəcanlıyıq", -
deyə "Apple"nin nümayəndəsi bildirib.
Sazişin bağlanmasını "Shazam" şirkəti də təsdiq edib.
Bu barədə xəbəri ilk olaraq "TechCrunch" portalı yayıb. Onun məlumatına görə, sövdələşmənin qiyməti 300 milyon funt sterlinq (401 mln. dollar) təşkil edir.
"Shazam" musiqinin tanınması üçün istifadə olunan pulsuz proqramdır. "Mac OS", "Windows", "iOS" və "Android"in istifadəsi üçün əlçatandır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/apple-britaniyanin-shazam-musiqi-tanima-xidmetini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR