Çavuşoğlu: “Əsəd Suriyanı birləşdirə bilməyəcək”

Çavuşoğlu: “Əsəd Suriyanı birləşdirə bilməyəcək”
15:13 12 Dekabr 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

“Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının canlı efirində deyib.

“Rejim və müxalifət qruplarının bir uzlaşma əldə etməsi önəmlidir. Amma Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük. Eyni zamanda, Əsədin bir keçid hökumətində Suriyanı seçkilərə hazırlaya bilməyəcəyini düşünürük”, - o bildirib.

Xatırdadaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən sonra Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etmədiyini bildirib.

"Türkiyə kimi, Suriya tərəfi də PYD-YPG-yə qarşı olduğuna görə, bu prosesin gedişində Ankara ilə Dəməşq arasında yaxın təmas, ortaq çalışma olması mümkündürmü" sualına prezident Ərdoğan belə cavab verib:

"Sabah nələr olacağı o anın şərtləri ilə əlaqəlidir. Bu məsələdə "bir şey olmaz" şəklində, öncədən qəti fikir söyləmək kimi anlayış içərisində olmağımız çox da doğru olmaz. Siyasətin qapıları, bildiyiniz kimi, son ana qədər hər zaman açıqdır".

Ərdoğan indiki anda Əsədlə təmas qurmaq üçün hər hansı təşəbbüsləri olmadığını söyləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR